İctimai fəal Abid Qafarov həbs edilib.

Oxunma sayı: 27
14-07-2022, 01:03

İctimai fəal  Abid Qafarov həbs edilib.
İctimai fəal,blogger Abid Qafarova həbs cəzası verildi.
Arasdırma.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.

O, 2020-ci ildə deputatlığa namizəd olub.

Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi .

Paylaş
Xəbər lentİ