Hovuzda çimən qadınları çəkib təhqir edən döyülüb,Sonra polis tərəfindən saxlaanılıb

Oxunma sayı: 113
22-07-2022, 20:52

Hovuzda çimən qadınları çəkib təhqir edən döyülüb,Sonra polis tərəfindən saxlaanılıb
Bir neçə gün öncə "Tiktok" sosial şəbəkəsində paylaşdığı video ilə gündəmə gələn şəxsdən xəbər var.

Arasdırma.info manset.az-a istinadla xəbər verir ki, istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin döyüldüyü bildirilir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edilir ki, "magerramoff" adlı profilin sahibi bir neçə şəxs tərəfindən döyülüb. Onun müxəlif dərəcəli bədən xəsarətləri aldığı iddia olunur.

Xatırladaq ki, "magerramoff" "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.
Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

Paylaş
Xəbər lentİ