"JEK" rəisi jurnalisti HƏDƏLƏDİ: Səni alnından atacam

Oxunma sayı: 118
26-07-2022, 23:45

"JEK" rəisi jurnalisti HƏDƏLƏDİ: Səni alnından atacam
"JEK" müdiri "Xəzər" TV-nin əməkdaşını ölümlə hədələyir.

Arasdırma.info xəbər verir ki, bu barədə "Xəzər" TV-nin əməkdaşı Nizami Hasiloğlu sosial şəbəkədə bildirib.

Onun bildirdiyən görə, Sumqayıtda 88 yaşlı qadın kimsəsiz və baxımsız halda qalıb. Özünün dediyinə görə, heç maraqlananda yoxdur. Ac, susuz qalıb....
"Özünü "LOTU" hesab edən "JEK" müdirini siz də tanıyın.
Sumqayıt şəhər 11 saylı MİS-nin rəisi İsgəndər Quliyev.
Deyir, bu xəbər efirdə yayımlansa, səni alnından atacam. Mən də ona qanunlarımızı izah etdim. Əgər başa düşdüsə...
Bəs İsgəndər Quliyevi belə əsəbləşdirən nədir? Vətəndaş müraciəti əsasında yaşlı qadınının imdadına çatan XəzərXəbər əməkdaşlarının onun çirkin əməlini ifşa etməsi , yoxsa ərazidə çəkiliş edərkən özünü şah hesab edən MİS rəisindən icazə almamaları? Biz işimizə vicdanla yanaşaraq vətəndaş məmnunluğunu, eləcədə onların sosial vəziyyətinin yaxşılaşdırlması üçün xidmət ediriksə, bəs siz kimə və nəyə xidmət edirsizniz hörmətli İsgəndər Quliyev?", - jurnalist "Facebook"da paylaşım edib.

//yenilik.az

Paylaş
Xəbər lentİ