Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək

Oxunma sayı: 116
30-07-2022, 19:52

Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək
Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayevdən xəbər var.

Aktyorun əməliyyatı Bakıda həyata keçiriləcək. Elvinə bacısı donor olacaq. Gülnazın qaraciyərinin bir hissəsi qardaşına köçürüləcək.

Arasdırma.info xəbər verir ki, bu haqda Elvinin həyat yoldaşı Elvina Atakişiyeva BAKU.WS-ə açıqlamasında bildirib:

"Biz Türkiyədə idik. 10-15 gün olar ki, oradan qayıtmışıq. Elvinin əməliyyatı Mərkəzi Gömrük Hospitalında olacaq. Həyat yoldaşımın bacısı Gülnaz xanım ona donor olacaq".

Qeyd edək ki, cərrahi müdaxilənin təxminən avqustuna 5-nə qədər həyata keçirilməsi nəzərdə tutulur. //azxeber

Paylaş
Xəbər lentİ