Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR

Oxunma sayı: 124
30-07-2022, 20:05

Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR
Bərdə rayonunda at əti satışının qarşısı alınıb.
Arasdırma.info xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.
Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.
Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
//bakupost
Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR
Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR
Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR
Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR
Bərdədə at əti satışına görə yenidən tutuldu - FOTOLAR

Paylaş
Xəbər lentİ