Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğulayıb.

Oxunma sayı: 136
31-07-2022, 09:21

Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğulayıb.
İntihar edənləri psixi xəstə adlandırmaq olmaz.
Bu yolla bəzi qurumlar, məsul şəxslər özlərini sığortalamaq istəyir. El dilində də yayılıb: Hə, dəli idi, ruhi xəstə idi, biz nə edə bilərdik. Bununla məsələ bağlanır.

Təəssüf ki, Azərbaycanda pis bir tendensiyanın əsası qoyulub. Belə də davam edəcək.
İnsan öz problemini həll etmək istəyir, hüquqlarını tələb edir, adını qoyurlar dəlidir.

Məmurlar bu formuladan istifadə edib özlərini sudan quru çıxarmağa cəhd edir. Cəmiyyət bununla günahı boynundan atır.


Arasdırma.info Medicina.aza istinadən xəbər verir ki, psixiatr həkim Abdulla Şıxlinski Azərbaycanda son zamanlar istər qazi, istər yeniyetmə, istərsə də həkimlər, dövlət işçiləri arasında artan intihar hadisələnin səbəblərini açıqlayıb.
Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğulayıb.

"İntihar edənlərin 80% tamamilə sağlam adamlardır. Cəmi 15% ruhi xəstə olur. Tibdə, psixiatriyada bu həmişə belə olub.
İntihar ən çox psixi sağlam adamlara xarakterikdir.
Tarixin müəyyən dönəmlərində bir çox ölkələrdə müəyyən tarixi hadisələr baş verəndə, ciddi dəyişiklik olanda silsilə qətl hadisələri, intiharlar artır.
Cəmiyyət bunları ört-basdır etmək istəyir, çünki anormal hadisələr ölkənin imicini korlayır.
Çox zaman silsilə qətllər törədənləri də psixi, ruhi xəstə kimi qələmə verirlər.

Hər hansı insana ruhi xəstə demək üçün, mütləq həlim psixiatr rəyi omalıdır. Beynəlxalq qanunlarda psixi xəstəliyin olmaması prezumpsiyası var.

Əgər hər hansı insanın ruhi xəstə olduğunu psixiatrik komissiya elan etməyibsə və buna dair tibbi sənəd yoxdursa, ona heç kim ruhi xəstə deyə bilməz. Bu, qanunla qadağandır.

Hətta ola bilər ruhi xəstə intihar edib. İntiharı xəstəliyi sövq edib, ya başqa səbəbdən edib, bu hələ sual altıdadır.

Qazilər içşərisində də müxtəlif kateroqiya insanlar var. Ola bilər eləsi var vəziyyəti yaxşıdır, hansısa səbəbdən narazılıqlarıın bildirmir.
Əgər o qaziyə sosial yardım olunmalıdırsa, haqqı pozulubsa, sorğusu cavabsız qalıbsa, təhqir olunubsa o adam cəmiyyətə, dövlətə ümidini itirir, onda belə kompleks əmələ gəlir ki, heç kim onu qorumur, onun təhlükəsizliyini heç kim müdafiə etmir
o təhlükədədir. Və bu səbəbdən intihar edə bilər.
Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğulayıb.
Bəli imkanlı insanlar da intihar edir. Heç kim acından özünü öldürmür. Tarixən də belə olub.
İnsanı intihara əl atmasına səbəb olduğu vəziyyətdən çıxış yolunu görməməsidir.
İmkanlı vəzifəli, kifayət qədər statuslu insanlar da intihar edəcək. Son zamanlar polislər, həkimlər, gömrük işçilərindən özünü öldürənlər olur.
Hazırda Azərbaycanda intiharların artmasının səbəbləri mənim fikrimcə konkret olaraq aşağıdakılardır.


Birinci səbəb: Azərbaycan cəmiyyətində ümidsizlik pik həddədir. Məmurların özbaşınalığı, qanunlara əməl etməmək insanları yorub.
İnsanlara elə gəlir ki, biz heç kimə lazım deyil. İnsanda təhlükəsizlik hissi itir.

Canlı məxluq üçün bu vacibdir. Bu hiss itəndə insan çıxış yolunu intiharda görür.
İnsanların çağırışını, problemini bilərəkdən iqnor edirlərsə burda səbəb insanda yox, cəmiyyətdədir.

Digər səbəb iqtisadi çətinliklərdir. Qlobal oyunçuların təşkil etdiyi və reklam etdiyi pandemiya, indi də müharibə, iqtisadi tənəzzül kasıb əhalinin vəziyyəti daha da pisləşib. Bu da intihara meyilliyi artırır.

Fasiləsiz pandemiya rejimi Azərbaycanı anklava çevirib. Ölkədən çıxış yoxdir. Bir hava yolu işləyir,o da biletlər elə bahadır ki, insanlar qalıb ölməyi üstün tutur.

İnsanlar sanki qəfəsdədir. Adam var ailəsini 2 ildir görmür. Uşaqlar valideynlərdən ayrıdır. Belə bir anklavda əlbəttə ki, ümidsizlik, sabaha inamsızlıq, çarəsizlik artır.

Təyyarə xarab olur geri qayıdır, uçuşlar gecikir. Əsassız səbəblər göstərilir. Hərçənd təyyarə biletlərinin qiyməti insanların aylıq maaşından da yüksəkdir. Bu problemlər üst-üstə toplanıb psixikanı pozur.

İnsanlara hər gün yeni bəla, xəstəlik, pandemiya qorxu ssenariləri təqdim olunur.
Sabaha ümid yoxdur, sabah bundan da pis olacaq fikri aşılanır.

Meymunçiçəyindən sonra fil, ondan sonra qurbağa çiçəyi gələcək.
Bu səbəblər hamısı real təsir edir. . Davam etsə bundan da pis olacaq, statistika artacaq.


3-cü səbəb narkotik maddələrin həddən artıq geniş yayılması.
Azərbaycanda sanki dəb düşüb. Gənclər içki içib, üstündən də şüşə, patı istifadə edirlər.
Kəskin intoksikasiya nəticəsində psixoz halı yaranır, insan çox vaxt bunu özü hiss eləmir. Gedirlər intihar edirlər.
Ən çox da hündür binalardan özlərini atırlar. Bu intiharlar narkotikin təsiri altında olur. Bu daha çox gənc oğlanlar, tələbələr, biznesmenləır, məmurların arasında olur.
İndiki müasir narkotiklər ani psixoz törədir. beyin sanki sönür. İçkiylə o maddələr qarışanda insan ani olaraq intihar edə bilər.
Konkret misal çəkim. İnsan araq içir, üstündən tiryək çəkir, o an ona elə gəlir ki, qanadları var,uçmalıdır.
Yuxarı mərtəbədədirsə o uçmaq adı ilə özünü buraxır aşağı.
Və ya metamfetamin çəkəndən sonra qulağına sanki səslər gəlir ki, get özünü öıdür, həyatın onsuz da mənasızdır, həyat lazımsızdır.
Azərbaycanda polinarkomaniya artıb, təəssüf ki qadınların arasında daha çoxdur.

Nəhayət 4-cü səbəb - mən həmişə demişəm: 5G qüllələri. Kim inanmır özü bilər.
Dünyanın bütün ölkələrində müxtəlif nöqtələrdə 5G qüllələri quraşdırılıb.
Bu qüllələr elə güclü radiasiya şüalanma yayır ki, beyinə təsir edir. İnsanın halı dəyişir. Baş ağrıları, kəllədaxili təzyiq artır, damarların spazmı,ensefelopatiya, psixi pozğunluqlar yaranır.
Ağır dərəcəli isterik vəziyyətlər, insanlarda intihara meyillik yaradır.

Bunu amerikan alimləri hələ 10 il əvvəl sübut ediblər. ABŞ ştatlarında 4G qüllələri quraşdırılmışdı.
ALimlər aşkar edib ki, harda ki, bu qüllələr quraşdırtılıb, insanlar arasında psixonevroloji patologiyalar artıb, intiharlar çoxalıb. Ona görə elm adamları bu qüllələrə qarşı çıxmışdılar.
Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğulayıb.

Həkim qeyd edib kii,Azərbaycanda psixoloji xidmət tamamilə yarıtmaz haldadır.

Psixoloqlar çox reklam olunur. Depressiyada olan, intihar düşünən insan "psixoloqların" yanına gedir. Onlar da həkim olmadığı, qurama diplomlarla psixoloq olduqları üçün vaxtında intihar təhlükəsini görmür, boş-boş sözlərlə vaxtı itirir, yanlış diaqnoz qoyur, xəstəni daha da ümidsizliyə salır, o da gedib intihar edir. Xəstənin psixiatra gəlişi yubanır.

"Psixoloqlar təbliğat aparırlar ki, dərman içməyin, həkimə getməyin, sizdə heç nə yoxdur, seansla düzəldəcəyik.
Onları uzun müddət özündən asılı halda saxlayır, xəstənin pulu da gedir, xəstəlik güclənir.
Bir səbəbdən biri də Azərbaycnada psixiatrik və psixoloji xidmətin bərbad olmasıdırı.

Psixoloqlara xəstələrlə işləmək qadğaan olunmalıdır. Ümumiyyətlə insanın psixikasına müdaxilə etməməlidirlər.

Maraqlansaq bəlkə də intihar edənlərin əksəriyyəti öncə psixoloqda olublar, psixiatra getməyiblər. Psixoloq da onları bədbəxt edib.
Bu sistem bizdə reklama, biznesə çevrilib, insanları aldatmaqla məşğuldur.
Dövlət orqanları, Səhiyyə nazirliyi təcili bu qədər psixoloq ordusunun fəaliyyətini dondurmalı, qadağan etnəli, psixoloji xidməti yenidən qurulmalıdır"

Paylaş
Xəbər lentİ