Azərbaycanda xarici turların qiyməti cibə uyğun deyil

Oxunma sayı: 129
2-08-2022, 07:14

Azərbaycanda xarici turların qiyməti cibə uyğun deyil
Cari ilin may ayında ölkədən kənara istirahət turları 20% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.
Xatırladırıq ki,AZAL-ın bilet qiymətlərinin çox baha olması vətəndaşların bu yay dincəlmək üçün xarici ölkələrə getməsinə ciddi təsir göstərib.
Turizm şirkətlərinin məlumatına görə əvvəlki illərdən fərqli olaraq bu il Dubay və Türkiyə turlarında da azalma var.Dünya turundan ümumiyyətlə söhbət getmir.
Arasdırma.info xəbər verir ki,xarici turların bu günki qiyməti cibimizə uyğun deyil..Bakıda keçirilən sorğuya görə , nəinki xarici turlar,elə yerli turlara da gücü çatmayan insanlar az deyil.
Bu gün xarici turlardan ən çox istifadəedilən Şarm Al -Şeyx turu 2000 AZN,Dubai-650 AZN,Misir-1200 AZN,Antalya 3000 AZN,Monteneqro 1200 AZN,Bodrum-2200 AZN,Marmaris 2100 AZN,Avropa turu 1200 AZN və s.

Paylaş
Xəbər lentİ