"Amburan" çimərliyi ilə bağlı araşdırma başladı - VİDEO

Oxunma sayı: 127
2-08-2022, 23:58

"Amburan" çimərliyi ilə bağlı araşdırma başladı - VİDEO
Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində (“Amburan” çimərliyi – Red) kanalizasiya sularının dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Xəzər kompleks ekoloji monitorinq idarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb: “Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.//“Yeni Gündəm”

Paylaş
Xəbər lentİ