Bakıda həbsxanada 5 məhkum niyə ölüb? – RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 114
12-08-2022, 08:19

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? – RƏSMİ AÇIQLAMA
Bakıda 5 məhbus həbsdə ölüb.
Arasdırma.info Sfera.az-a istinadən bildirir ki, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər – Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

Paylaş
Xəbər lentİ