Psixoloq: ““Ana-bacı” ilə şortik arasında hansı problem və əlaqə var?”

Oxunma sayı: 156
24-08-2022, 22:37

Psixoloq: ““Ana-bacı” ilə şortik arasında hansı problem və əlaqə var?”
Şortik geyinən oğlanlara müraciət edirəm. Kişi olun! Camaatın ana-bacısı var! Bir nəfər mənə izah etsin ki, “ana-bacı” ilə şortik arasında hansı problem və əlaqə var? “Ana-bacı” söhbətini hər söhbətdə istifadə etmək olmaz. Bu, oyuncaq deyil, müqəddəs, əziz, başımızın üstündə olan bir mövqedir. Onların yeri yüksəklikdir. Bunun axı şortiklə nə əlaqəsi var?”

Arasdırma.info xəbər verir ki, bunu psixoloq Nizami Orucov deyib.

“Probleminiz, dərdiniz nədir? Mövzu tapa bilmirsiniz? XXI əsrdə nə ilə məşğul olmaq olar? Nə qədər sosial problemlər, haqsızlıqlar var. Bunlarla məşğul olmaq əvəzinə, beş gündür şortik gündəmdən düşmür. Deyirlər ki, ərəb çöllərinə su gələndə dünya dağılacaq. Dünya bilirsiz nə vaxt dağılacaq? Azərbaycanlıların düzəlib ağıllanacaqların günün səhəri. Yəni heç vaxt...” – o qeyd edib.//pravda.az
Psixoloq: ““Ana-bacı” ilə şortik arasında hansı problem və əlaqə var?”

Paylaş
Xəbər lentİ