"Narkoman"lardan reportaj hazırlayan blogerin avtomobilinə hücum oldu - Video

Oxunma sayı: 156
26-08-2022, 03:45

"Narkoman"lardan reportaj hazırlayan blogerin avtomobilinə hücum oldu - Video
Xəbər verdiyimiz kimi, videobloger Nail Kəmərlinin paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”) küçəsində hazırladığı reportaj sosial şəbəkələrdə gündəm olub. Reportajda “Papanin”dəki “narkotik yuvaları” işıqlandırılıb.
Arasdırma.info xəbər verir ki, N.Kəmərli bu gün sosial şəbəkə hesabında paylaşdığı videoda ona hücum edildiyini bildirib:
“Bu gün səhər saat doqquz radələrində mənə məxsus “Niva” markalı avtomobilə minərkən şahidi oldum ki, maşınıma giriblər, soyğunçuluq ediblər. Özü də maşını açarla açıb giriblər. Və maşınımdan çəkilişlərimdə istifadə etdiyim kameranı, fotoaparatı oğurlayıblar. Mən belə başa düşürəm ki, mənim bu yolda mübarizəm narkotik satanların xoşuna gəlmir və bu, onların mənə göstərdikləri təzyiqdir. Müraciət edirəm ki, hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov cənabları, çox xahiş edirəm bu işlə ciddi məşğul olunsun”, - videobloger deyib.//yeniavaz

Paylaş
Xəbər lentİ