Dərman agzına doldu, vəfat etdi - Azərbaycanda yüksək vəzifəli şəxsin ölümü

Oxunma sayı: 101
28-08-2022, 20:57

Dərman agzına doldu, vəfat etdi - Azərbaycanda yüksək vəzifəli şəxsin ölümü
Masallı sakini dərmandan zəhərlənib.



Arasdırma.info xəbər verir ki, rayon sakini 44 yaşlı Nəsimi Əliyev qəflətən dünyasını dəyişib. O, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin qardaşıdır.

Gündəm-in əldə etdiyi məlumata görə, N. Əliyev rayonda çiyələk təsərrüfatı ilə məşğul olurmuş. Hadisə baş verən gün mərhum çiyələkləri dərmanlayıb. Qəfil əsən külək dərmanlı çiyələk yarpağını onun üzünə çırpıb. Nəticədə dərman N. Əliyevin ağzına dolub. Onun məhz bu səbəbdən öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.//

Paylaş
Xəbər lentİ