Şəhid olan hərbçimiz aktyor imiş... - FOTO

Oxunma sayı: 115
14-09-2022, 18:45

Şəhid olan hərbçimiz aktyor imiş... - FOTO
Sentyabrın 13-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat zamanı yaranmış qarşıdurmada şəhid olan Hümbətov Ravil Mübariz oğlu Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu olub.
Arasdırma.info xəbər verir ki, Kəlbəcər istiqamətində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Ravil Hümbətov İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
Bir müddət model olaraq fəaliyyət göstərən Ravil daha sonra filmlərə dəvət olunub.
O, 2012-ci ildə Xəzər Televiziyasında yayımlanan “Həyat varsa” teleserialının bir hissəsində rol alıb.
Universiteti bitirdikdən sonra hərbi xidmətə yola düşən Ravil incəsənət aləmindən uzaqlaşaraq hərbçi olmaq qərarına gəlir. Xüsusi Təyinatlı Qüvvələrə daxil olmaq üçün bir sıra imtahanlardan keçərək istəyinə nail olan Ravil Aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb, şücaət göstərib.
Qeyd edək ki, Bakının Yasamal rayon sakini olan Hümbətov Ravil 1987-ci ildə Cəbrayılın Yarəhmədli kəndində anadan olub. Ailəli idi, iki qız övladı var.
Şəhidin cənazəsi bu gün gecə saatlarında Bakıya çatdırılacaq.//bakupost

Paylaş
Xəbər lentİ