Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı

Oxunma sayı: 107
22-09-2022, 03:38

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı
"Xural" internet televiziyasının rəhbəri, hazırda həbsdə olan Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Arasdırma.info Trend-ə istinadən xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prosesdə qərar elan edilib. Qərara görə, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib. Onlar barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Elçin Sadıqov bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Paylaş
Xəbər lentİ