Ölkədə "Prius"lar niyə çoxalır.VİDEO

Oxunma sayı: 117
22-09-2022, 19:27

Ölkədə "Prius"lar niyə çoxalır.VİDEO
Son iki ildə Toyuta Priusların sayı o qədər artıb ki,şəhərdə avtomobil sürmək mümkün deyil.
Arasdırma.info xəbər verir ki,bu avtomobillərin çoxalması bir neçə səbəbi var.İlk öncə onu qeyd edək ki,bu avtomobillərin qiyməti 12 000 civarındadır.Hibrid olduğu üçün gömrük rüsumu az olması insanların Toyuta Prius almasına zəmin yaradır.Bundan başqa yanacağı 100-ə 5 litr işlədir.
Əsas səbəblərdən biri də Bu avtomobillərin gündəlik icarə haqqının 25 AZN olmasıdır.
İstənilən adam 12 min AZN ödəməklə bu avtomobilə sahib olaraq gündəlik 25 AZN ,aylıq 750 AZN qazanır.Mənbənin dediyinə görə elə adam var ki,evini satıb 7-8 avtomobil alıb,icarəyə verib.Regionlarda işsiz və pulsuz qalan əhali üz tutur Bakıya.Hərə birini icarə götürüb düzəlir yola və başlayır taksi xidmətinə.Ona görə də yollardakı vəziyyət acınacaqlıdır.

Paylaş
Xəbər lentİ