Şəhid anası dünyasını dəyişdi - FOTO

Oxunma sayı: 110
26-09-2022, 07:45

Şəhid anası dünyasını dəyişdi - FOTO
Bu il avqustun 3-də erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan əsgər Anar Kazımovun anası Səyyarə Kazımova vəfat edib.

Arasdırma.info xəbər verir ki, bu barədə ailənin yaxınları məlumat yayıb.

Şəhid anası Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Onun özündən başqa bir bacısı və bir qardaşı var.//redaktor.az
Şəhid anası dünyasını dəyişdi - FOTO
Şəhid anası dünyasını dəyişdi - FOTO
Şəhid anası dünyasını dəyişdi - FOTO

Paylaş
Xəbər lentİ