Sumqayıt sahilində suiti ölüb- FOTO

Oxunma sayı: 133
6-10-2022, 06:53

Sumqayıt sahilində suiti ölüb- FOTO
Sumqayıt şəhərinin dəniz sahilində suiti cəsədi aşkarlanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Lent.az-a açıqlamasında dəniz heyvanının ölüm səbəbinə aydınlıq gətirib.

“Sumqayıt sahillərində yalnız bir suiti sahilə çıxaraq, tələf olub. Onun ölümündə xarici təsirlərin olduğunu düşünmürük. Çox güman ki, bu hadisə heyvanın yorğunluğu və qocalığı ilə bağlıdır.

Adətən, oktyabrın əvvəlindən başlayaraq, suitilər Xəzərin şimal sahillərindən cənuba doğru köç edirlər. Ehtimal ki, bu suiti də qoca olub. Köç zamanı yorulub və sahilə çıxaraq ölüb”, – deyə qeyd edib. //redaktor
Sumqayıt sahilində suiti ölüb- FOTO
Sumqayıt sahilində suiti ölüb- FOTO
Sumqayıt sahilində suiti ölüb- FOTO

Paylaş
Xəbər lentİ