Bakıda qara çörək qıtlığı yarandı: səbəb nədir? - AÇIQLAMA

Oxunma sayı: 116
10-10-2022, 23:23

Bakıda qara çörək qıtlığı yarandı: səbəb nədir? - AÇIQLAMA
Artıq bir həftədir mağazalarda qara çörək qıtlığı müşahidə olunur. Alıcılar paytaxtın bəzi qəsəbə və rayonlarında yerləşən mağazalarda qara çörək tapa bilmədiklərini bildirirlər.
Arasdırma.info xəbər verir ki,Bakupost.az -a daxil olan məlumata görə, buna səbəb ölkədə çovdar unu qıtlığı yaranmasıdır. Çörəkbişimə müəssisələri çovdar unu ala bilmədikləri üçün qara çörək istehsalının dayandığı deyilir.
Əldə etdiyimiz məlumata görə, qara çörək istehsalı üçün çovdar unu ölkəmizə əsasən, Rusiyadan idxal olunur. Lakin bir həftədir ki, Rusiyadan Azərbaycana çovdar unu idxal olunmayıb. Problemin nə vaxt həllini tapacağının da bəlli olmadığı bildirilir.
Qeyd edək ki, bir neçə ay bundan əvvəl də ölkədə çörək istehsalı ilə məşğul olan müəssisələr unu limitlə aldıqlarını təsdiqləmişdilər.
Həmin müəssisələrdən qeyd olunurdu ki, gündəlik 20 kisə aldıqları mağazalar indi bu rəqəmi 3 dəfə azaldıb.
Onu da əlavə edək ki, Azərbaycanda çovdar unu çörəyi əsasən, iki müəssisədə - 1 saylı Xətai Çörək Zavodu və "Çörəkçi" zavondunda istehsal olunur.
1 saylı Xətai Çörək Zavodundan Bakupost.az -a məlumatı təsdiqlədilər: "İki həftəyə yaxındır ki, çovdar unu almrıq. Bu səbədən qara çörək istehsalı dayanıb".
Məsələ ilə bağlı paytaxtdakı digər çörəkbişirmə müəssisələri ilə də əlaqə saxladıq. Bakıxanov Çörək Zavodu, eləcə də "Nur" Çörək zavodundan bu müəssisələrin qara çörək istehsal etmədiyi bildirildi.

Paylaş
Xəbər lentİ