Gənc operator qəfil vəfat etdi (FOTO)

Oxunma sayı: 114
11-10-2022, 08:00

Gənc operator qəfil vəfat etdi (FOTO)
Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.

Arasdırma.info "Report"a istinadən xəbər verir ki, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.

O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.

1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.

Paylaş
Xəbər lentİ