Uşaqlardan pul istəyən daha bir müəllimin səsi YAYILDI

Oxunma sayı: 124
11-10-2022, 19:52

Uşaqlardan pul istəyən daha bir müəllimin səsi YAYILDI
Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

Arasdırma.info lent.az-a istinadən xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.

Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.

”Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır.” – deyə təhsil eksperti paylaşımında qeyd edib.
Məsələ ilə bağlı məktəbin direktoru Fikrət Balakişiyevlə əlaqə saxladıq,lakin telefona cavab verən olmadı.
file:///C:/Users/User/Downloads/dc7c8da89780330b9e0929d38857293c.mp4

Paylaş
Xəbər lentİ