Avtomobil sürənlərə bəd xəbər,motor yağları bahalaşdı - VİDEO

Oxunma sayı: 111
14-10-2022, 02:51

Avtomobil sürənlərə bəd xəbər,motor yağları bahalaşdı - VİDEO
Avtomobillər üçün mühərrik yağlarının qiyməti xeyli bahalaşıb.

Arasdırma.info xəbərverir ki, məlumata görə, əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təklif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var.

Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.


Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir.

Sahibkarlar vurğulayıblar ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.//azsabah

Paylaş
Xəbər lentİ