Azərbaycanın bu kəndində bir çox uşaq yazıb-oxuya bilmir - Video

Oxunma sayı: 113
16-10-2022, 08:16

Azərbaycanın bu kəndində bir çox uşaq yazıb-oxuya bilmir - Video
Ağsu rayonunun Zərqəva kəndində məktəb yoxdur. Bu səbəblə kəndin uşaqları məktəbə getmirlər.
Arasdırma.info “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, həmin kəndə ən yaxın məktəb isə qonşu kənddədir. Amma məsafə uzaq olduğuna görə valideynlər övladlarını o məktəbə apara bilmirlər.
Valideynlər deyirlər ki, uşaqları qonşu kəndin məktəbinə ancaq atla aparmaq imkanları var. Amma havalar soyuduqda və yağış yağmağa başladıqda heç onu da etmək mümkün olmur.
Sakinlərin sözlərinə görə, məktəbsizlik ucbatından kənddən köçənlər də olub, övladını internat tipli məktəbə qoyanlar da.
Bir neçə il əvvələ qədər kənddə ancaq ibtidai məktəb olub. Amma sonradan o da ləğv edilib.
Kənd icra nümayəndəliyindən bildirildi ki, məktəb şagird azlığı səbəbindən bağlanıb.
Problemlə bağlı Ağsu rayon Təhsil Şöbəsindən isə bildirildi ki, Zərqəva kəndində şagirdlərin sayı yetərli olmadığından həmin kənddə məktəbin tikilməsi mümkün deyil.
Ətraflı videomaterialda:


//yeniavaz.az

Paylaş
Xəbər lentİ