“Kontakt Home”un Hökumət Ödəniş Portalında nə işi var? – Mərkəzi Bankdan qəribə addım...

Oxunma sayı: 114
20-10-2022, 23:45

“Kontakt Home”un Hökumət Ödəniş Portalında nə işi var? – Mərkəzi Bankdan qəribə addım...
Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalı (HÖP) adlı saytda özəl şirkət olan “Kontakt Home” mağazalar şəbəkəsinin də adı yer alıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda pərəkandə ticarət sektorunda çoxsaylı mağazalar şəbəkəsi fəaliyyət göstərir. Lakin, çox maraqlıdır ki, Hökumət Ödəniş Portalında yalnız “Kontakt Home”a olan ödənişlər üçün imkan yaradılıb.
Hazırda Hökumət Ödəniş Portalı-nın “Kredit” bölməsində 4 qurumun adı yer alıb. Onlardan 3-ü dövlət qurumu, 1-i isə “Kontakt Home”dir.
Xəbəri rus dilində oxuyun: Что делает "Kontakt Home" на портале государственных платежей? - Странный шаг ЦБ...

“Kontakt Home”nin hansı səbəblərdən Hökumət Ödəniş Portalına daxil edildiyini öyrənmək üçün Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur. “ABC-TELECOM” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.
Onu da bildirək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində Yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan "Almaniya brendi", "Almaniya istehsalı" kimi ifadələr silinib.
“Kontakt Home”un Hökumət Ödəniş Portalında nə işi var? – Mərkəzi Bankdan qəribə addım...

Paylaş
Xəbər lentİ