Azərbaycanlının həmtəsisçisi olduğu startap 27 milyon dollar investisiya aldı - FOTO

Oxunma sayı: 112
26-10-2022, 00:47

Azərbaycanlının həmtəsisçisi olduğu startap 27 milyon dollar investisiya aldı - FOTO
"Həmyerlimiz Qərib Mehdiyevin həmtəsisçisi olduğu "WeTravel" startapı 27 milyon dollar investisiya alıb".


Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz paylaşıb.


O bildirib ki, Azərbaycan startap ekosistemində yaxşı tanınan, bu ekosistemin inkişafına yetərincə töhfələr verən Q.Mehdiyev, Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyədək toplam 7 milyon dollar investisiya almışdı:
"Xeyli müddət ABŞ da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda "WeTravel"in ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
"We Travel" startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır".
Həmyerlimizin uğuru ilə bağlı İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas da paylaşım edib.
O qeyd edib ki, təsisçisi Qəribin sayəsində şirkətin Azərbaycanda proqamçılardan ibarət bir ofisi var və bu ofis uzun müddətdir çalışır:
"Bu layihənin əsas kodlarını da elə azərbaycanlı parlaq gənclər yazır. Əlavə olaraq Qərib, Azərbaycan bazarında IT-nin inkişafı üçün kurslara da yatırım edir. Ölkədən kənarda kifayət qədər uğurlu azərbaycanlılar olsa da təəssüf ki, hər kəs Qərib kimi davranmır. Qəribi təbrik edir və uğurlar arzu edirəm".

Azərbaycanlının həmtəsisçisi olduğu startap 27 milyon dollar investisiya aldı - FOTO
Azərbaycanlının həmtəsisçisi olduğu startap 27 milyon dollar investisiya aldı - FOTO

Paylaş
Xəbər lentİ