10 il gecikən və təzminantsız qərar... – Avropa Məhkəməsi tanınmış vəkili təəccübləndirib

Oxunma sayı: 85
11-11-2022, 08:25

10 il gecikən və təzminantsız qərar... – Avropa Məhkəməsi tanınmış vəkili təəccübləndirib
"Avropa Məhkəməsi Füzuli küçəsi və ətrafındakı evlərin sökülməsi ilə bağlı mütləq əksəriyyəti 2012-ci ildə verilmiş 14 ərizə ilə bağlı qərar çıxarıb".

Arasdırma.info xəbər verir ki, bu barədə şikayətçilərin vəkili Fuad Ağayev sosial şəbəkədəki hesabında bildirib. Hüquqşünasın sözlərinə görə, bütün ərizələr üzrə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin, 4 ərizə üzrə Konvensiyanın 6-cı maddəsinin (məhkəmə qərarlarının icra edilməməsi) pozuntuları müəyyən edilib.


"Amma ədalətli təzminat ilə bağlı məsələni məhkəmə hazır hesab etməyib. Şikayətlərin verilməsindən 10 il keçməsinə, bəzi ərizəçilərin artıq rəhmətə getməsinə baxmayaraq! Özü də ki, ərizəçilər işləri üzrə müvafiq qiymətləndirmə aktları - hesabatları, arayışları təqdim edib və oradakı qiymətlər mübahisələndirilməyib", - vəkil qeyd edib.

F.Ağayev vurğulayıb ki, Avropa Məhkəməsinin bəzi qərar və yanaşmasından təəccüblənsə də, adətən buna dözümlü yanaşıb. "Ancaq belə gec və təzminatsız qərarın qəbul edilməsi təəccüb doğurmaya bilməz", - hüquqşünas bildirib.//"AzPolitika.info"

Paylaş
Xəbər lentİ