Azərbaycanda məşhur bankir vəfat etdi

Oxunma sayı: 95
19-11-2022, 20:22

Azərbaycanda məşhur bankir vəfat etdi
"MuğanBank” ASC-nin əsas səhmdarlarından biri vəfat edib.

Bankın səhmlərinin 11,58 faizinə sahib olan iş adamı Maqbet Mehdiyev dünyasını dəyişib.

Qeyd edək ki, hazırda bankın əsas səhmdarı (67.74%) və Müşahidə Şurasının sədri Maqbet Mehdiyevin oğlu Elmir Mehdiyevdir. Hazırda bankın ümumi səhm kapitalı 107.5 milyon manatdır.//Qafqazinfo.az

Paylaş
Xəbər lentİ