Polkovnik Mais Orucəliyev vəfat etdi

Oxunma sayı: 107
26-11-2022, 09:02

Polkovnik Mais Orucəliyev vəfat etdi
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Orucəliyev Mais Mirzəyar oğlu dünyasını dəyişib.

Arasdırma.info "Report"a istinadla xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.

Polkovnikin sabah doğulduğu Biləsuvar rayonunun İsmətli kəndində dəfn olunması gözlənilir.

Qeyd edək ki, o, Vətən müharibəsindən sonra "Qarabağ" ordeni ilə təltif edilib və bir ildən çox idi ki, ehtiyata çıxmışdı.

Paylaş
Xəbər lentİ