Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO

Oxunma sayı: 113
26-11-2022, 21:38

Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO

Bu gün Biləsuvar rayonunda “Hindquşu festivalı” keçirilib.

Arasdırma.info Publika.aza istinadən xəbər verir ki, festivalda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı,Cəlilabad, Salyan, Cəbrayıl rayon İcra Hakimiyyətlərinin başçıları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayonumuzun sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.

Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub.

Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub.Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb.Tədbirin ən maraqlı hissələrindən biri olaraq təşkil olunmuş qədim toy adətlərimizi əks etdirən simvolik toy mərasiminin keçirilməsi qonaqların diqqətini çəkib.

Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunaraq sonda möhtəşəm atəşfəşanlıq keçirilib.

Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO
Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO
Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO
Azərbaycanda "Hinduşka" festivalı keçirildi - FOTO

Paylaş
Xəbər lentİ