Gəncədə POLİSLƏ QAZİLƏR ARASINDA İNSİDENT - QAZİLƏRDƏN BİRİ ÖZÜNÜ DOĞRAYIB

Oxunma sayı: 109
29-11-2022, 20:07

Gəncədə POLİSLƏ QAZİLƏR ARASINDA İNSİDENT - QAZİLƏRDƏN BİRİ ÖZÜNÜ DOĞRAYIB
Bu gün Gəncədə polislərlə qazilər arasında ciddi qarşıdurma baş verib.

Bu barədə Hurriyyet.az-ı məlumatlandıran Gəncə sakinlərinin sözlərinə görə, hələlik səbəbi dəqiq bəlli olmayan məsələ üzündən hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin giriş qapısının qarşısında polislərlə qazilər arasında qarşıdurma yaşanır. Polis müdaxiləsindən sonra qazilərdən biri özünü doğrayıb.

Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, bu dəqiqələrdə polis əməkdaşları ətrafı üzük qaşı kimi mühasirəyə alıb. Hadisə ilə bağlı yeni bilgilər əldə etdikcə oxucularımızla paylaşmağa çalışacağıq.

Paylaş
Xəbər lentİ