Prokurorluq Gömrük Komitəsinin müstəntiqinin hökmündən protest verdi

Oxunma sayı: 100
10-12-2022, 18:55

Prokurorluq Gömrük Komitəsinin müstəntiqinin hökmündən protest verdi
Bakı Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barələrindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.



Arasdırma.info xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.



Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin olunub.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib.



İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub.



Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismimdə tanınıb.



Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibgaşvili tanınıb.



Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dolların DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.



Qeyd: Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.

Paylaş
Xəbər lentİ