Rasim Məmmədova hökm oxundu - Ağır cəza kəsildi

Oxunma sayı: 94
28-12-2022, 20:45

Rasim Məmmədova hökm oxundu - Ağır cəza kəsildi
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttihamda göstərilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.

Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.

Xatırladaq ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin şəriki hesab olunan Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Rasim Məmmədovun həbsinə səbəb olan ilk şikayəti də Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyev və kürəkəni, eks-deputat İlham Əliyev ediblər. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pullarının dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia edirlər.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.//azpolitika

Paylaş
Xəbər lentİ