Zeynəb Xanlarova üçün şəxsi təyyarə gəldi

Oxunma sayı: 96
29-12-2022, 21:07

Zeynəb Xanlarova üçün şəxsi təyyarə gəldi

Arasdırma.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu sənətçi ilə bağlı sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, Turqut Özalın həyat yoldaşı Səmra Özalın illər əvvəl Zeynəb Xanlarovanı özəl təyyarə ilə qardaş ölkəyə dəvət etdiyini və onun orada konsert verib:

“Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm. Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində yeganə hadisədir ki, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. Bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm”.

Paylaş
Xəbər lentİ