Kontakthome vətəndaşları aldadır,ƏDV qəbzlərini mənimsəyir.

Oxunma sayı: 229
4-01-2023, 12:15

Kontakthome vətəndaşları aldadır,ƏDV qəbzlərini mənimsəyir.
KONTAKTHOME mağazalar şəbəkəsində baş verən narazılıqlar və qaniunsuzluqlar barədə dəfələrlə yazılıb.Müştəriyə xarab məhsulun satılması,deffektli texnikanın geri qaytarılmaması və s adi hala çevrilib.
Lakin, bu dəfə əməkdaşımız başqa bir dələduzluğun şahidi olub.
Arasdırma.info xəbər verir ki,KONTAKTHOME-nun Yasamal filialında ödəniş zamanı kassanın qarşısında növbə çox olduğundan 40 dəqiqəyə yaxın gözləməli olan vətəndaş kassirin vətəndaşlara ƏDV qəbzinin vermədiyinin şahidi olub.Hətta öz ƏDV qəbzini də tələb edərək alıb.
Təbii ki,vətəndaş öz hüququnu bilmirsə,qəbzi tələb etmirsə,deyə bilərlər ki,kassirin nə günahı var.Lakin təsəvvür edin ki,250 AZN kredit ödəyirsiz və sizin ƏDV 3.50 AZN təşkil edir və bu 3.50 AZN-ni kassir mənimsəyir.Öz telefonunda kartına yükləyir.Gün ərzində 100 000 AZN ödəniş olarsa, onun ƏDV-si 1400 AZN-ə yaxın pul edər.Bu da vətəndaşların cibinə girməkdir.
Arasdırma.info olaraq vətəndaşlara müraciət edirik,haqqınızı tələb edin,ƏDV qəbzlərini alın.0.07 faiz də olsa sizin cibinizdən gedir.
Bilməyənlər üçün qeyd edək ki,bank kartı olan hər bir şəxs smartfonuna bank proqramı yükləməlidir.Bundan sonra həmin proqramla qəbzdə olan ştrixkodun şəklini çəkməlidir.ƏDV geri al proqramı vasitəsilə həmin məbləğ kartınıza bonus kimi mədaxil olacaq.Ay ərzində 500 AZN bazarlıq edirsinizsə,ən azı 7-8 AZN kartınıza geri oturur.
Kontakthome vətəndaşları aldadır,ƏDV qəbzlərini mənimsəyir.

Paylaş
Xəbər lentİ