Ətin qiyməti qalxmayıb,14 manata satılır.

Oxunma sayı: 108
4-01-2023, 20:58

Ətin qiyməti qalxmayıb,14 manata satılır.
Dünəndən bəri gündəmi zəbt edən pis xəbər əhaliyni məyus edib.Lakin,bu xəbərin yalan olduğu məlum olub.
Arasdırma.info Yasamal rayonunda ətçilər adlanan küçədə bir neçə ət mağazasında sorğu keçirib.Mağaza sahibləri dana və qoyun ətinin qiymətində dəyişiklik olmadığını qeyd ediblər.
Mövzu ilə bağlı ətçilərin fikirləri fərqli olsa da nəticə etibarı ilə bu gün satılan dana ətinin bir kiloqramın qiyməti 13.4-14 AZN,qoyun ətinin isə 1 kiloqramı 15-16 manata satılır.
Mağaza sahibləri qeyd edirlər ki,bayramdan sonra Bakı şəhərinə heyvan gətirən olmadığına görə bəzi ət dükanları süni qiymət qrtımı edə bilərlər.Ümumilikdə isə kimin həyətində,tövləsində heyvanı varsa ,kəsim edərək əvvəlki qiymətə satır.
Mütəxəssis Şahin Verdiyevin sözlərinə görə,ətin qiymətinin 20 manata qalxması xəbəri yersizdir.Ola bilər ki,yaxın gələcəkdə qiymət artımı olsun,amma bu ya 1 ,maksimum 2 manat arta bilər.Hələ ki,qiymətlər dəyişməyib.

Paylaş
Xəbər lentİ