Polis zabitlərinin ölümünün təfərrüatı - VİDEO

Oxunma sayı: 92
10-01-2023, 00:31

Polis zabitlərinin ölümünün təfərrüatı - VİDEO
Ötən gün Siyəzəndə iki polis zabiti dəm qazından boğulub.
Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, hadisə onların Bəşir Səfəroğlu küçəsində kirayədə yaşadıqları mənzildə baş verib.
Arasdırma.info Xəzər TV-yə istinadən xəbər verir ki, vəfat edənlər Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovdur. Onların yuxuda olarkən boğulduqları ehtimal edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, onların hər ikisi ailəli olub. Ailələri Binəqədi və Sumqayıtda məskunlaşıblar. Özləri isə Siyəzən rayonunda polis əməkdaşları kimi fəaliyyət göstəriblər.
Cəlilabadda isə 15 yaşlı qız dəm qazından boğulub. Hadisə şəhərin Vüqar Mürsəlov küçəsindəki evdə qeydə alınıb. Qız xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


//bakupost

Paylaş
Xəbər lentİ