Tarixin izi ilə...

Oxunma sayı: 135
20-03-2023, 21:54

Tarixin izi ilə...
İnsan var ki, onun ömürlüyü bir vərəqə ancaq
yerləşir, insan da var ki, onun ömrünün təsviri bir
kitaba da sığmır.
Sovet hökumətinin təhlükəsizlik idarəsində çalışmış şəxslərdən biri də İmanov Bəşir İsmayıl oğlu olmuşdur.

Arasdırma.info xəbər verir ki, SSSR-nin polkovniki haqqında Jurnalist araşdırması nəticəsində maraqlı məlumatlar əldə olunub.

Məlumata görə haqqında bəhs olunan zabit Bəşir İmanov DTK-nın Nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb. 1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, onu bu vəzifədən uzaqlaşdırıb, Lavrenti Beriya adına Milis İdarəsinin rəisi təyin edib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanan müraciətin cavabında bildirilmişdir ki, (05 may 1914-cü il təvəllüdlü – 08 noyabr 1969 vəfat tarixli) Füzuli rayonunda anadan olmuş, sabiq milis polkovniki İmanov Bəşir İsmayıl oğlunun şəxsi işində qeyd olunub ki, 21.12.1940-ci ilden 08.11.1969-cu ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə (müstəntiq, əməliyyat müvəkkili, Ьаş əməliyyat müvəkkili, inspektor, Ьаş inspektor, bölmə rəisi, şöbə rəisi, idarə rəisi) xidmət etmişdir.
Xidmət dövründə 15 mükafatı olmuşdur (onlardan: pul mukafatı - 2, təşəkkür - 6, medal - 7). 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı, 1945-ci ildə "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, 1945-ci ildə "Əmək igidliyinə görə" medalı, 1948-ci ildə "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı, 1954-cü ildə "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı, 1961-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, 1966-cı ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif olunub.
АzегЬаусаn RespuЫikası DiN-in 31.12.1969-cu il tarixli 1350 №-li əmrinə əsasən B.i.imanov ölümü ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılmışdır (əsas: arxiv şəxsi işin № Arx.71928). Azərbaycanda ona Ali rütbənin verilməsi barədə hər hansısa sənəd aşkarlanmamışdır, sözü gedən məsələnin araşdırılması üçün Moskva DİN Arxiv idarəsinə rəsmi sorğu ünvanlandırılmışdır, (ünvan: 117418, Moskva şəhəri, Novoçeryomuşkinskaya küçəsi, 67) Rusiya Daxili İşlər Nazirliyi Arxiv Mərkəzinin şöbə müdiri A.A. Kovalev 3/237701880628 №li məktubunda qeyd edib ki, Bəşir İmanova ölümündən bir necə gün əvvəl Moskvadan ali rütbə (general) verilməsi nəzərdə tutulubmuş, belə ki, təqdimat sərəncamda imiş, lakin ürək çatışmazlığından vəfat etmiş Bəşir İmanov Moskvaya yollana bilmədiyi üçün ali rütbəni daşımaq ona nəsib olmayıb. Polis orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov 1969-cu ildə ürək çatışmazlığından vəfat edib. Moskva generalları onun ailəsinə baş sağlığı məktubu göndərib, qeyd ediblər ki, bu vaxtsız ölüm NKVD üçün çox böyük itkidir.

Paylaş
Xəbər lentİ