"Sürət həddini endirmək problemi həll etməyəcək" - Ekspert

Oxunma sayı: 82
23-03-2023, 22:31

"Sürət həddini endirmək problemi həll etməyəcək" - Ekspert
“Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də yüksək sürət həddinin aşılmasıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Hesab edirəm ki, Bakı şəhərivə Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılan ciddi səhvlərin düzəldilməsidir. Vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər olmamalıydı. Yaxud da bu səhv çoxdan aradan qaldırılmalıydı. Nəhayət ki, edildi”.
Arasdırma.oinfo xəbər verir ki,bu fikirləri Bakupost.az -a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi gücləndirmək üçün dövlət proqramında nəzərdə tutulan digər işlər - yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s. məsələlər də öz həllimi tapmalıdır:
“Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər, yəni DYP və BNA müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, piyada, sürücü, sərnişin üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət mühitinin yaradılmasına xidmət edəcək”

Paylaş
Xəbər lentİ