Tiktoker Əmrah saxlanılıb - DİN-dən açıqlama

Oxunma sayı: 88
28-03-2023, 02:48

Tiktoker Əmrah saxlanılıb - DİN-dən açıqlama
“TikTok” sosial şəbəkəsində daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb.
"Tiktoker Əmrah Məhərrəmov saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinə aparılıb".
Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb.
Xatırladaq ki, Əmrah Məhərrəmov daha əvvəl də canlı yayımda işlətdiyi söyüşlərə görə həbsdə olub.//bakupost

Paylaş
Xəbər lentİ