Saxta suların satışına kim nəzarət edir .

Oxunma sayı: 192
29-03-2023, 01:08

Saxta suların satışına kim nəzarət edir .
"Çiçək su"yoxsa "Su çiçəyi..."
Su həyatdır deyirlər.Lakin bəzi saxta sular insan həyatı üçün təhlükəli ola bilər.
Son vaxtlar evlərə verilən suyun xlorlu və çirkli olması insanları filtrdən keçmiş su işlətməyə məcbur edir.Lakin, bu suların harada ,kim tərəfindən və necə istehsal olunduğu şübhə altındadır.Vətəndaşlar üzərində müxtəlif adlar yazılmış 5,10 və 19 litrlik suları istehlak edir və bu suların zirzəmilərdə hazırlanması və mənşəyi haqqında məlumatsızdırlar.
Araşdırma.info saytına bu barədə ilginc məlumat daxil olub.Məlumatda deyilir ki,adını "Çiçəkli su"adlandıran firma üzərində telefon nömrələri olsa da,harada istehsal olunduğu,VÖİN və ünvan haqqında məlumat yoxdur.Belə çıxır ki,bu sular saxtadır və adi "krant" suyudur.Hətta,suyun qiymətində endirim də edilir.4 ədəd alana 10 AZN-ə.
Güman edirik ki,bu kimi saxta suların satışına nəzarət edən bir təşkilat var.Lakin, nəzarətdən kənarda qalan xeyli sayda saxta məhsullar da az deyil.
Bu suların istehsalı və tərkibi haqqında məlumat almaq üçün Qida Təhlükısizliyi Agentliyinə və müxtəlif aidiyyatı qurumlara müracət olunub.
Yaxın günlərdə mövzu ilə bağlı Araşdırma.info məlumatı sizə çatdıracaq.
Saxta suların satışına kim nəzarət edir .
Saxta suların satışına kim nəzarət edir .

Paylaş
Xəbər lentİ