Restoranlarda iftar menyuları: Ailə büdcəsinə uyğundurmu?

Oxunma sayı: 37
30-03-2023, 08:12

Restoranlarda iftar menyuları: Ailə büdcəsinə  uyğundurmu?
Bildiyiniz kimi Azərbaycanda Ramazan ayı davam edir. Oruc tutan şəxslərin bəziləri iftarı ailəsi ilə öz evində, bəziləri də restoranlarda açır.

Bəs restoranlarda vəziyyət necə olacaq? İftar menyularının qiyməti hansı aralıqdadır?

Arasdırma.info bir neçə restoran və kafe menyuları ilə tanış olub.

Paytaxtın müxtəlif yerlərində filialları olan Kolorit restoranında iftar menyusunun qiyməti 18 manatdır. Qiymət bir nəfər üçün nəzərdə tutulub. Menyuya şorba, salat, ana yeməklər, desertlər, meyvə, içkilər və qəlyənaltılar daxildir.


Daha çox yay aylarında insanların üz tutduğu Nar&Şərab restoranında 2 nəfərlik menyu 96 manatdır. Əgər ailəvi şəkildə getsəniz, 4 nəfərlik menyu 165 manatdır.
Tavada restoranında isə bir nəfərlik menyu 24 manatdır. Menyuya müxtəlif şorbalar, salatlar, meyvə şirələri və ana yeməklər daxildir.
Gündəlik yeməkləri sevməyənlər Planet Sushi-yə üz tuta bilər. Buranın iftar menyusu yapon mətbəxiylə hazırlanır. 1 nəfərlik menyu 29 manatdır. Menyuya şorba, salat, suşi və müxtəlif yapon təamları daxildir.

Araşdırmalarımıza əsasən, paytaxt restoranlarında adam başı 18 manatdan 50 manata qədər ödəyərək iftarınızı aça bilərsiniz. Qeyd edək ki, daha yüksək məbləğə iftar menyusu təqdim edən restoran və otellər də var.//yeniçağ

Paylaş
Xəbər lentİ