Tanınmış jurnalist Vəli Əkbərə AZ TV də yüksək vəzifə verildi

Oxunma sayı: 114
3-04-2023, 18:21

Tanınmış jurnalist Vəli Əkbərə AZ TV də yüksək vəzifə verildi
Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə təyin olunub. Bu gün Vəli Əkbər kollektivə təqdim olunub.

Qeyd edək ki, Vəli Əkbər “Press-Fakt” qəzetində məsul katib, “Həftə-içi” qəzetində baş redaktorun müavini, “Rezonans” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Tanınmış jurnalist həmçinin “Lider” TV-də Xəbərlər departamentinin rəhbəri, AZ TV-də Xəbərlər studiyasının direktor müavini vəzifələrində işləyib.

Vəli Əkbərin sonuncu iş yeri isə Bizim media saytı olub. O, bir neçə il Bizim.Media saytında baş redaktorun müavini vəzifəsində çalışıb.

Paylaş
Xəbər lentİ