Azərbaycanda siqaret bahalaşıb

Oxunma sayı: 91
4-04-2023, 07:47

Azərbaycanda siqaret bahalaşıb
Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb.
Arasdırma.info Qaynarinfo-ya istinadla bildirir ki, bu barədə Bakıdakı mağazaların satıcıları məlumat verib.
Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb.
Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, "Kent-4" 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80 qəpiyə qalxıb.
Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.

Paylaş
Xəbər lentİ