Lanseti Klinikasının direktoru Fərman Ceyranlı azadlığa buraxıldı

Oxunma sayı: 82
15-04-2023, 01:42

Lanseti Klinikasının direktoru Fərman Ceyranlı azadlığa buraxıldı
Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.



Arasdırma.info APA-ya istinadən xəbər verir ki, Fərman Ceyranlı bu gün həbsdən azad edilib.



Qeyd edək ki, 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.



O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

Paylaş
Xəbər lentİ