Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK - Bu şəxslər yenidən imtahan verə bilər - VİDEO

Oxunma sayı: 92
17-04-2023, 17:13

Sürücülük vəsiqəsi ilə bağlı DƏYİŞİKLİK - Bu şəxslər yenidən imtahan verə bilər - VİDEO
Sürücülük vəsiqələrinin verilməsi qaydalarına dəyişiklik ola bilər. Bunlardan biri sınaq mərhələsi layihəsidir.

Arasdırma.info xəbər verir ki, bu cür təşəbbüslə bir qrup nəqliyyat eksperti çıxış edib.

Təklif olunur ki, yeni sürücülük vəsiqəsi alanlara sınaq müddəti verilsin.

Həmin müddət ərzində sürücü kobud qayda pozuntularına yol verərsə, onun sürücülük hüququ məhdudlaşdırılsın. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilsin. Məsələ ilə bağlı öncə sürücülərin fikrin öyrənməyə çalışdıq.
Nəqliyyat eksperti Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, son dövrlərdə təcrübəsiz sürücülərin iştirakı ilə baş verən qəzaların sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Bunlar daha çox yüngül qəzalar, avtoxuliqanlıq, narkotik təsiri altında nəqliyyatın idarə edilməsi hallarıdır. Ekspertin fikrincə, sürücülük hüququnu yeni əldə edənlərə sınaq müddəti təyin olunarsa,bu cür halların başverməsi azala bilər.

Təkliflərdən biri də sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı tibbi arayış tələbi ilə bağlıdır. Təklif olunan dəyişikliklərlə bağlı rəsmi qurumlardan hər hansı bir informasiya verilməyib.//azxeber

Paylaş
Xəbər lentİ