Şəhid ailələril və qazilərlə görüş keçirildi.

Oxunma sayı: 111
22-04-2023, 21:47

Şəhid ailələril və qazilərlə görüş keçirildi.
Bu gün Suraxanı rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib.
Arasdırma.info xəbər verir ki,Görüşün təşkilatçısı “Günəşli İnşaat” tikinti şirkətinin rəhbəri Firutan Məmmədov tədbir iştirakçılarına Ramazan bayramı münasibətilə şam süfrəsi açdı. Tədbirdə qazilər və şəhid ailələri olmaqla bir neçə ictimai birliyin nümayəndələri də iştirak edirdi.
Görüşdə 44 günlük Vətən Müharibəsində şəhid olanların valideynləri,qazilər və .eləcə də I Qarabağ müharibəsi qaziləri çıxışlar etdilər.
Çıxışlarda dövlət başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıldı.Bundan başqa onların arzu və istəkləri dinlənildi.Son ildə onların həyat şəraitinin yaxşılaşdırılması,sosial problemlərinin həlli,eləcə də Yaşat Fondunun xəstə və yaralı qazilərin müalicə olunmasında göstərdikləri yardımı qənaətbəxş hesab etdilər.
Tədbirin təşkilatçısı Firutan Məmmədov əvvəllər də olduğu kimi bu dəfə də onların arzu və istəklərinin həyata keçməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etdi.
İş adamının sözlərinə görə,bu il bir neçə şəhid və qazi ailəsinə müxtəlif yardımlar etmişdir.Evinin tikilməsi,şəhid bulağlının yaradılması və xeyli sosial problemlərin həll olunmasına nail olub.Bundan sonra da söylənilənproblemlərin həlli istiqamətində işlər aparılacağını qeyd etdi.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olundu və şam süfrəsi açıldı.
Şəhid ailələril və qazilərlə görüş keçirildi.

Paylaş
Xəbər lentİ