Paytaxtda yeni bulvar salınacaq - Bu ünvanda

Oxunma sayı: 80
27-04-2023, 08:18

Paytaxtda yeni bulvar salınacaq - Bu ünvanda
Bakıda Bülbülə gölünün ətrafı zibil və qamışlardan təmizlənib.

Arasdırma.info xəbər verir ki, bu barədə Trend-ə Bakı Abadlıq Xidmətindən bildiriblər.


Qeyd olunub ki, əvvəl gölün ətrafını zibilləyirdilər. Hazırda gölə və gölün ətrafına müdaxilə olunmasın deyə ərazidə mühafizə xidmət göstərir.

"Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Müəyyən işlər tam başa çatandan sonra Bülbülə gölünün ətrafında salınacaq bulvarın layihəsi təqdim olunacaq. Təsdiq olunarsa, gölün ətrafında kafelər, gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır", - deyə qurumdan qeyd edilib.
Qeyd edək ki, göl Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.

Paylaş
Xəbər lentİ