Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? - AÇIQLAMA

Oxunma sayı: 74
27-04-2023, 23:49

Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? - AÇIQLAMA
Bu gün sosial şəbəkələrdə, bir çox "instagram" və "Tik-tok" səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün şəhidin atası Arif Mustafayevlə əlaqə saxladıq.
Arasdırma.info xəbər verir ki,Azxeber.coma danışan şəhid atası məlumatın doğru olduğunu bildirib: "Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?

O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib:"Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb".

Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.

Paylaş
Xəbər lentİ