İşdən çıxarılan axund dini komitəni məhkəməyə verdi

Oxunma sayı: 70
13-05-2023, 00:24

İşdən çıxarılan axund dini komitəni məhkəməyə verdi
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi məhkəməyə verilib.

Arasdırma.info xəbər verir ki, iddiaçı Abbasov Tahir Əhməd oğludur.

İddiaya Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdir. Tahir Abbasov işə bərpa olunmasını tələb edir.

Araşdırmalarımız zamanı məlum olub ki, Tahir Abbasov Mehidabad qəsəbəsində fəaliyyət göstərən məscidin axundu olub. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) veb-səhifəsində də Mehdiabad qəsəbəsinin axundu kimi təqdim edilib. Məlumata görə, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Tahir Abbasov işdən çıxarılmasını əsassız hesab etdiyinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəməyə verib.

Azərbaycanda axund təyinatı QMİ tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. //qaynarinfo

Paylaş
Xəbər lentİ