Kürdə suyun səviyyəsi ilə bağlı yeni AÇIQLAMA

Oxunma sayı: 71
18-05-2023, 16:46

Kürdə suyun səviyyəsi ilə bağlı yeni AÇIQLAMA
Bir müddət öncə, Kür çayında suyun kəskin azalması, çayın Xəzərə tökülən hissəsində suyun quruması müşahidə olunurdu. Son günlər isə ölkə ərazisinə intensiv yağışlar yağmaqdadır.

Bəs, havanın yağışlı olması Kürdə sululuğa necə təsir edib?

Arasdırma.info xəbər verir ki,məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirdi ki, hal-hazırda respublika çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur.

Onun sözlərinə görə, son günlər yağan intensiv leysan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub:
Kürdə suyun səviyyəsi ilə bağlı yeni AÇIQLAMA
"O cümlədən Kür çayının aşağı axınında, Kür çayına sağ və sol qollar vasitəsilə tökülən çaylarda sululuğun kəskin artması Kürün aşağı axınında suyun səviyyəsində də artıma səbəb olub. Kür çayına sol tərəfdən tökülən Göyçay, Türyançay çayları, hansı ki, bu çaylar birləşib Qarasuçay adlanır, həmin o Qarasuçayda 13-16 may tarixlərində suyun səviyyəsi 1 metr 40 sm artıb və bunun nəticəsində də Kür çayının Zərdab məntəqəsində 15-16 may tarixlərində suyun səviyyəsi bir metr, Sabirabad rayonu ərazisində, Kür çayının Surra məntəqəsində 1 metr 10 sm artım müşahidə edilib. Salyanda isə suyun səviyyəsi 95 sm artıb. Onu da qeyd edim ki, yaxın günlər ərzində Kür çayının Salyan və Neftçala rayonu ərazisində səviyyənin artımının davam etməsi gözlənilir. Yəni hazırda qeyd edim ki, Kür çayının aşağı axınında Kür öz normal axarı ilə dənizə axır və çayda duzluluğun miqdarı normadan aşağıdır".

Paylaş
Xəbər lentİ