Bölgələrdə narkotik ovu davam edir VİDEO

Oxunma sayı: 77
21-05-2023, 13:24

Bölgələrdə narkotik ovu davam edir VİDEO
Narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Arasdırma.info xəbər verir ki, onlardan 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və həblər aşkarlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Əliqasımlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan artıq marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla onların İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hacıqabulda həyətində xaşxaş yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.

Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb. faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şamaxıda isə İranlıdan narkotik maddə almaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq güclü narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla satış məqsədilə aldıqları müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş
Xəbər lentİ